KTM: Ötən ay 94 nəfər zəhərlənib, 4-ü ölüb
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib. Bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, şöbəyə qəbul edilən pasiyentlərdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir. "Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib", - o vurğulayıb. Məlumata əsasən, zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) vəfat edib. Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
