İlham Əliyev: Azərbaycanla Çin arasında vizanın ləğv edilməsi turizmin inkişafına təkan verir
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Şəffaflıq.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edərkən deyib. Dövlət başçısı qeyd edib ki, bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir: "Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir".
Xəbəri paylaş
Facebook-da paylaş
