İlham Əliyev: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
Azərbaycanın Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Şəffaflıq.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə deyib. Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Hindistanın qisasa çalışmasının Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan prezident qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Xəbəri paylaş
Facebook-da paylaş
