Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq. Şəffaflıq.az Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün keçiriləcək oyunlardan sonra yarımfinalçılar müəyyənləşəcək. "Kür" komandası Özbəkistan millisi ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da "AHF Arena"da start götürəcək. "Bakı" – "Qarabağ" matçı isə saat 19:00-da başlayacaq. Qeyd edək ki, yarışın qalibi sentyabrın 3-də müəyyənləşəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
