Hikmət Hacıyev Birinci Vitse-Prezident Mehriban Əliyevanı təbrik edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci Vitse-Prezident Mehriban Əliyevanı təbrik edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib: "Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və ölkəmizin çiçəklənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzu edirik".
Xəbəri paylaş
Facebook-da paylaş
