Yanğın təhlükəli sexlərin fəaliyyəti dayandırılıb
Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonundakı qapı-pəncərə istehsalı sexlərində yoxlama keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, onların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Eyni zamanda həmin obyektlərin lisenziyasız fəaliyyət göstərdiyi aşkarlanıb. Bununla yanaşı, Biləcəridə yerləşən filtr istehsalı sexində də yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. Bu baxımdan sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və sənədin bir nüsxəsi obyekt nümayəndələrinə təqdim edilib.
Facebook-da paylaş
