“Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub edib
"Arsenal" İngiltərə Premyer Liqasının I turunda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib. Şəffaflıq.az-ın məlumatına görə, görüş Mançesterdəki "Old Trafford" stadionunda keçirilib. Yeganə qolu 13-cü dəqiqədə Rikkardo Kalafyori vurub. Qeyd edək ki, növbəti turda "Arsenal" avqustun 23-də "Lids"i qəbul edəcək. "Mançester Yunayted" isə bir gün sonra səfərdə "Fulhem"lə qarşılaşacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
