Misli Premyer Liqasının I turunda bu gün daha iki oyun keçiriləcək.
Misli Premyer Liqasının I turunda bu gün daha iki oyun keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, ilk olaraq "Turan Tovuz" "İmişli"nin qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək. Günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq. Azərbaycan Premyer Liqası, I tur 16 avqust (şənbə) Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.
17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”
Facebook-da paylaş
