Bakı metrosunun “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi sertifikat verilib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, metronun “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə bu gün Respublika Klinik Xəstəxanasından evə buraxılıb. Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
