DİN: Vətəndaşlar artıq şikayətlərini polis orqanlarının rəhbərlərinə birbaşa ünvanlaya bilərlər
Vətəndaşlar qarşılaşdıqları hər hansısa bir məsələylə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər. Şəffaflıq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir. Qəbula “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.
Xəbəri paylaş
Facebook-da paylaş
