Qazaxıstan mühəndisləri də Xəzərin dibini tədqiq etməyə başlayıblar


Qazaxıstan mühəndisləri bu ölkə ilə Azərbaycan arasında çəkiləcək ilk sualtı rabitə xəttinin keçəcəyi dəniz dibinin tədqiqatına başlayıblar.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Jibek Joly" telekanalı məlumat yayıb.

Bildirilib ki, lazımi avadanlıqlarla təchiz olunmuş gəmi artıq Bautino limanından yola düşüb.

Mühəndislər Sumqayıtla (Azərbaycan) Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel xətti üzrə maneələrin olub-olmadığını müəyyənləşdirəcəklər.

Qeyd olunur ki, hazırda oxşar işlər Azərbaycan tərəfindən də aparılır.

Xatırladaq ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}