Yaponiyada təlimlər zamanı qırıcı qəzaya uğrayıb


Yaponiya ordusuna məxsus “F2” qırıcısı təlimlər zamanı ölkənin şərqində yerləşən İbaraki prefekturasının sahillərində qəzaya uğrayıb.

Bu barədə Şəffaflıq.az Yaponiya ictimai televiziyasına istinadən xəbər verir.

Dəqiqləşdirilmiş məlumatlara görə, qırıcının göyərtəsində bir pilot olub, o, katapult edib.

Pilot xəstəxanaya yerləşdirilib, həyatına heç bir təhlükə yoxdur.

Qeyd olunub ki, qırıcı təlim uçuşu həyata keçirirmiş. Qəzanın səbəbləri araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}