Maliyyə Nazirliyinin şirkəti ləğv olunur


Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib.

Şəffaflıq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}