Azərbaycan millisinin futbolçusu Türkiyə klubundan ayrılıb
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundan ayrılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, C.Diniyev "Çorum"a bu ilin fevralında keçmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş
