Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib
Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib. Şəffaflıq.az-ın xəbərinə görə, ötən gün Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.
Facebook-da paylaş
