Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib. Şəffaflıq.az xəbər verir ki, bu vəzifə Rəna Cəlilovaya həvalə olunub. O, 2010-cu ildən AMB-də - Risk idarəetmə, Bazar əməliyyatları departamentlərində müxtəlif vəzifələrdə çalışıb. Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.
Xəbəri paylaş
Facebook-da paylaş
