Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb
22 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
