Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub.
Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, sürücü 2005-ci il təvəllüdlü V.Salmanov avtomobillə yolu süpürən 1958-ci il təvəllüdlü R.Ağayevanı vurduqdan sonra idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəza nəticəsində qadın və sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
