Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb


Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-da isə 41° dərəcəyədək isti qeydə alınıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}