Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 28-də keçirəcəyi hərraca 1 faydalı qazıntı yatağı çıxaracaq. Bu barədə Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bu, Ağsu rayonundakı “Qasımbəyli” qum-çınqıl yatağıdır. Başlanğıc qiyməti 58 000 manat olan yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 21 avqust 2025-ci il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq. Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində keçiriləcək. Şəffaflıq.az
Facebook-da paylaş
