Klublararası dünya çempionatında yarımfinal mərhələsinə bu gün start verilir


ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, raundun ilk oyununda UEFA Konfrans Liqasının qalibi olan İngiltərənin "Çelsi" komandası Braziliya təmsilçisi "Fluminense" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər matçında İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasının qızıl mükafatçısı, Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Sözügedən görüş iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da olacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}