Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib


Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycana rəsmi səfərə gəlib.

Şəffaflıq.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}