Yekaterinburqda həbs edilən Əhliman Gənciyevin vəkili apellyasiya şikayəti verib


Yekaterinburqda azərbaycanlılara qarşı qaldırılan cinayət işinin daha bir iştirakçısı - Əhliman Gənciyevin vəkili həbs qərarından məhkəməyə apellyasiya şikayəti verib.

Bu barədə Şəffaflıq.az Rusiya KİV-ə istinadən məlumat verir.

"Əhliman Gənciyevlə bağlı vəkildən apellyasiya şikayəti daxil olub", - Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, üç iştirakçının - Akif Səfərov, Ayaz Səfərov və Şahin Lalayevin vəkilləri də məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

Bu iş üzrə ümumilikdə 8 azərbaycanlı həbs edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}