Əsas Səhifə > Hadisə > Yekaterinburqda həbs edilən Əhliman Gənciyevin vəkili apellyasiya şikayəti verib
Yekaterinburqda həbs edilən Əhliman Gənciyevin vəkili apellyasiya şikayəti verib3-07-2025, 16:56 |
Yekaterinburqda azərbaycanlılara qarşı qaldırılan cinayət işinin daha bir iştirakçısı - Əhliman Gənciyevin vəkili həbs qərarından məhkəməyə apellyasiya şikayəti verib. Bu barədə Şəffaflıq.az Rusiya KİV-ə istinadən məlumat verir. "Əhliman Gənciyevlə bağlı vəkildən apellyasiya şikayəti daxil olub", - Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, üç iştirakçının - Akif Səfərov, Ayaz Səfərov və Şahin Lalayevin vəkilləri də məhkəmə qərarından apellyasiya şikayəti veriblər. Bu iş üzrə ümumilikdə 8 azərbaycanlı həbs edilib. Geri qayıt |