ABŞ-də göyərtəsində 14 nəfərin olduğu təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var


Çərşənbə günü ABŞ-nin Nyu-Cersi ştatının Qloster dairəsində göyərtəsində azı 14 nəfərin olduğu kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABC teleşirkətinin yerli bölməsi xəbər yayıb.

Qəza zamanı azı 5 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Hadisə yerli vaxtla təxminən saat 17:30-da (Bakı vaxtı ilə saat 2:30) Vilyamstaun hava limanı yaxınlığında baş verib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}