Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb. Şəffaflıq.az-ın məlumatına görə hadisə Şürük kəndində baş verib. Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alət xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. İlkin məlumata görə, E.Kazımov şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
