Əsas Səhifə > Hadisə > Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb

Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb


3-07-2025, 09:28


Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb.

Şəffaflıq.az-ın məlumatına görə hadisə Şürük kəndində baş verib.

Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alət xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

İlkin məlumata görə, E.Kazımov şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt