"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında yer aldığı səbət müəyyənləşib
Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib. Bu barədə Şəffaflıq.az-a Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Ölkəmizi bu yarışda təmsil edəcək “Araz-Naxçıvan” 5-ci səbətdə yer alacaq. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda mübarizəyə ilkin mərhələdən başlayacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo və Serbiya, Azərbaycan və Ermənistan, Belarus və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər. Səbət 1: Ev sahibləri Buba Mara (Bosniya və Herseqovina), qrupunda 1-ci Forka (Şimali Makedoniya), qrupunda 2-ci AEK (Yunanıstan), qrupunda 2-ci Boraş AİK (İsveç), qrupunda 2-ci Ljuti Krajişniç (Avstriya), qrupunda 2-ci Levski Sofiya (Bolqarıstan), qrupunda 3-cü Klik Kişinyov (Moldova), qrupunda 3-cü Vllazniya (Albaniya), qrupunda 3-cü Səbət 2: qrupunda 4-cü (reytinq 48-55) Bolton (İngiltərə) Murata (San Marino) Kardiff (Uels) Sparta Belfast (Şimali İrlandiya) İsbjörninn (İslandiya) Avropa (Cəbəllütariq) Makkabi Netanya (İsrail) Vangölü (Türkiyə) Səbət 3: qrupunda 3-cü (reytinq 40-47) Tallin (Estoniya) CİU (Gürcüstan) PYF Saltires (Şotlandiya) Sjarmtrollan (Norveç) Enkamp (Andorra) Səbət 4: qrupunda 2-ci (32-39) AEL Limassol (Kipr) Blue Magic (İrlandiya) Bajo Pivljanin (Monteneqro) Veilimdorf (Almaniya) Səbət 5: qrupunda 1-ci (24-31) Vrhnika (Sloveniya) ARAZ-NAXÇIVAN (AZƏRBAYCAN) Tigers Roermond (Niderland) Yerevan (Ermənistan) Viten Orşa (Belarus) Veszprem (Macarıstan) Hjorring (Danimarka) Qeyd edək ki, cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.
Facebook-da paylaş
