Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib. Bu barədə Şəffaflıq.az Çin KİV-inə istinadən xəbər verir. Qeyd olunub ki, yükün çatdırılması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçiriləcək. Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir. Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.
Xəbəri paylaş
Facebook-da paylaş
