İkinci Qarabağ müharibəsində Zəfər ordunun döyüş ruhunu nümayiş etdirdi


2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə tarixə qızıl hərflərlə yazıldı.

Şəffaflıq.az xəbər verir ki, bunu bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

“10 dekabr 2020-ci il tarixdə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyinə həsr edilən paradda əminliklə söylədiyi çağırışa yönəldərək bildirdi ki, “demişdim gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi”. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Vüqar Rəhimzadə xatırladıb ki, müasir milli ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlandı.

“Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu var”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}