Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 25-də Bakıdan Balakənə, iyunun 26-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır. Bu barədə Şəffaflıq.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, Bakı-Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq. Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
