"İmişli"nin əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
"İmişli"nin əvəzedici komandasının baş məşqçisi müəyyənləşib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Ruhid Usubova tapşırılıb. Sabiq futbolçu yeni mövsümdən "İmişli"nin əvəzedici komandasını çalışdıracaq. R.Usubov eyni zamanda klubun Gənclərin İnkişaf Proqramının koordinatorudur. Qeyd edək ki, "İmişli" 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək hüququ qazanıb. Bölgə təmsilçisi ötən mövsüm I Liqada 52 xalla ikinci yeri tutub.
Xəbəri paylaş
Facebook-da paylaş
