Ötən ay 30 minə yaxın əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib
May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) 47 min 755 müraciət qeydə alınıb. DMX-dən Şəffaflıq.az-a verilən məlumata görə, müraciətlərdən 28 min 322-si əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub. Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 6 min 297 nəfər müraciət edib. Bundan başqa, müraciətlərdən 11 min 26-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1 175-i isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.
Xəbəri paylaş
Facebook-da paylaş
