Azərbaycan idmançıları MMA üzrə dünya çempionatında uğurla çıxış ediblər


Azərbaycan idmançıları Braziliyanın San-Paulo şəhərində keçirilən MMA üzrə dünya çempionatında uğurla çıxış ediblər.

Şəffaflıq.az xəbər verir ki, U-18 yaş qrupunda Adil Abuzərov (61.2 kq) qızıl, Məhəmməd Niftullayev (65.8 kq) gümüş medal qazanıb.

U-21 kateqoriyasında Elvin Qurbanov (56.7 kq), Əli Şərifov (74.9 kq) və Miramin Mirheydərzadə (70.3 kq) gümüş medala sahib çıxıblar.

Böyüklər arasında Sərdar Sərdarlı (65.8 kq) və Nihad Quliyev (74.9 kq) qızıl, Tofiq Niftəliyev isə (120.2 kq) bürünc medal əldə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}