Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
Bu gün Qəbələ Beynəlxalq Hava Limanına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən ilk birbaşa reys gəlib. “Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, reys Əbu-Dabi-Qəbələ-Əbu-Dabi marşrutu üzrə yeni istiqamət açan Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” tərəfindən həyata keçirilib. Uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. İlk uçuş iyunun 19-da baş tutub. Birbaşa hava əlaqəsinin açılması Azərbaycanın regionlarına turist axınının inkişafına töhfə verir. Dövlət Turizm Agentliyinin məlumatına görə, cari ilin yanvar-may aylarında ölkəyə 979 963 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə may ayında Azərbaycan 264 079 xarici qonaq qəbul edib ki, bu da bir il öncəki göstəricidən 2 % çoxdur.
Facebook-da paylaş
