AEBA: İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
İranda iki sentrifuqa istehsalı obyekti, "TESA" (Kərəc) emalatxanası və Tehran Tədqiqat Mərkəzi zərbələrə məruz qalıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sosial şəbəkələrdəki paylaşımında bildirilib. "AEBA-nın məlumatına görə, İranda iki sentrifuqa istehsalı obyekti, TESA Kərəc emalatxanası və Tehran Tədqiqat Mərkəzi zərbələrə məruz qalıb", - paylaşımda qeyd edilib. Həmçinin qeyd olunub ki, Tehrandakı obyektdə qabaqcıl sentrifuqalar üçün rotorların istehsal edildiyi və sınaqdan keçirildiyi bir bina zədələnib. "Kərəcdə sentrifuqaların müxtəlif komponentlərinin istehsal edildiyi iki bina dağıdılıb", - məlumatda bildirilib. Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İranın nüvə silahı proqramına zərər vurmaq səyləri çərçivəsində Tehranda sentrifuqa istehsalı müəssisəsinə hücum edilib. Kütləvi hücumlar zamanı bir neçə silah istehsalı obyektinə, xüsusən də Tehranın İsrail dövlətinə doğru atdığı və atmaqda davam edən “yer-yer” raketlərinin yığılması üçün xammal və komponentlər istehsal edən obyektə zərbələr endirilib.
Facebook-da paylaş
