AZAL 3 şəhərə uçuşları ləğv edib
Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib: • Bakı-Lahor-Bakı J2 145/146 • Bakı-Mumbai-Bakı J2 059/060 • Bakı-Dammam-Bakı J2 8205/8206 AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
Xəbəri paylaş
Facebook-da paylaş
