İsrail hava məkanını bağlayıb
İsrail hakimiyyəti İrana qarşı hərbi əməliyyata başladığını elan etdikdən sonra növbəti xəbərdarlığa qədər hava məkanını bağlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, qərar regionda hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi üçün qəbul edilib. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
Xəbəri paylaş
Facebook-da paylaş
