Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb


Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.

Bu barədə Şəffaflıq.az a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 13-20-si aralığında baş tutacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}