Çelsi" fransalı futbolçunu transfer etdiyini açıqlayıb
İngiltərə təmsilçisi "Çelsi" fransalı futbolçu Mamadu Sarrın transferini açıqlayıb. "Şəffaflıq.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" 19 yaşlı mərkəz müdafiəçisi ilə 8 illik müqavilə imzalayıblar. Son olaraq ölkəsinin "Strasburq" klubunda çıxış edən Sarr ötən mövsüm 28 oyunda meydana çıxıb.
Xəbəri paylaş
Facebook-da paylaş
