Malayziyada avtobus qəzası baş verib, 15 nəfər ölüb
Malayziyanın Gerik şəhərində tələbə avtobusunun iştirakı ilə baş verən qəza nəticəsində ən azı 15 nəfər həlak olub, 33 nəfər xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Star” portalı Perak ştatının Yanğından Mühafizə Departamentinə istinadən məlumat yayıb. "15 nəfərdə-ü hadisə yerində, ikisi isə xəstəxanada ölüb", - departamentdən bildirilib. Onların 14-ü tələbə, biri isə avtobus sürücüsüdür. Avtobusda 43-ü tələbə olmaqla ümumilikdə 48 nəfər olub.
Xəbəri paylaş
Facebook-da paylaş
