Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var


Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}