Əsas Səhifə > --- > Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var


8-06-2025, 12:46


Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.


Geri qayıt