Tiktoker Xabi Leym ABŞ-da hava limanında saxlanılıb


ABŞ-nin immiqrasiya və gömrük mühafizəsi tiktoker Xabi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, Xabi iyunun 6-da Las-Veqasdakı Harri Rid beynəlxalq hava limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib.

Tiktokun məlumatına görə, tətbiqdəki abunəçilərin sayına görə italiyalı bloger Leym birinci yerdədir. Onun 162 milyondan çox abunəçisi var.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}