Qəzzada bombardman nəticəsində 12 nəfər ölüb, onlarla insan yaralanıb
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Məlumata görə, zərbə məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində endirilib.
Xəbəri paylaş
Facebook-da paylaş
