Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
QMİ sədri yeni Roma Papası ilə görüşəcək. Şəffaflıq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır: "Vatikanda Roma Papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulub. Ümidvaram ki, o, yaxın zamanlarda Azərbaycana səfər edəcək".
Xəbəri paylaş
Facebook-da paylaş
