Bakıda keçiriləcək "Formula 1" yarışı üçün 7000-dən çox könüllü müsahibə mərhələsində iştirak edib
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin müsahibə mərhələsi davam edir. "Şəffaflıq.az"-un məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə mütəxəssisi Əli Xəlilov jurnalistlərə açıqlamasında hazırda 7000-dən çox insanın bu mərhələdən keçdiyini bildirib. Onun sözlərinə görə, ümumilikdə isə 31 mindən çox qeydiyyat qeydə alınıb. "Bu isə Bakıda keçirilən turnirlər arasında rekord göstəricidir. Cəmi 2000 könüllü turnir üçün seçiləcək". Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında keçiriləcək. Foto: Məhəmməd Ağayev
Xəbəri paylaş
Facebook-da paylaş
