WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Təşkilat Komitəsi aşağıdakı tərkibdə formalaşıb: Təşkilat Komitəsinin sədri Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Təşkilat Komitəsinin üzvləri: Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Ceyran Mahmudova – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Gülşən Rzayeva – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini. Qeyd edilib ki, Təşkilat Komitəsi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli, əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir. Nazirlər Kabineti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin edəcək və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.
Facebook-da paylaş
