“Günay Bank” və “Muğan Bank”ın qorunan əmanətçilərinə 233 milyon manatdan çox kompensasiya ödənilib
Bu il yanvarın 1-nə qədər ləğv prosesində olan “Günay Bank” və “Muğan Bank” ASC-lərin qorunan əmanətçilərinə 233,3 milyon manat kompensasiya ödənilib. Bu barədə Şəffaflıq.az a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, hər iki bankın qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98 %-i və 97 %-i qaytarılıb. Belə ki, “Günay Bank” üzrə 2 209 nəfər əmanətçiyə 34,3 milyon manat, “Muğan Bank” üzrə isə 7 689 nəfər əmanətçiyə 199 milyon manat ödəniş edilib.
Xəbəri paylaş
Facebook-da paylaş
