Almaniyada sürücü avtomobili məktəblilərin üzərinə sürüb, xəsarət alanlar var
Kölnün (Almaniya) yaxınlığında yerləşən Hürt şəhərində sürücü avtomobil ibtidai məktəb şagirdlərinin üzərinə sürüb. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə "Bild" yerli polisə istinadən məlumat yayıb. Hadisə nəticəsində iki uşaq xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə təxminən günorta saat 12:15-də baş verib. Ətraf mühasirəyə alınıb, hadisə yerinə tibbi helikopter gəlib. Polis bildirib ki, qəsdən vurma əlamətləri aşkar edilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş
